Entertainment

Tıxaca görə gecikən avtobusların sayı açıqlandı

Vahid Dispetçer Mərkəzinin axşam pik saatlarına olan məlumatına əsasən, Moskva prospektində – Beynəlxalq Avtovağzal Kompleksin qarşısından 20 Yanvar dairəsinə qədər – əsas və kənar yolda nəqliyyat sıxlığı səbəbindən 2, 7A, 13, 14, 18, 37, 65, 67, 83, 92, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslar arasında intervallarda 10-18 dəqiqə gecikmələr müşahidə olunur. Həmin ərazidə hal-hazırda 10-12 ədəd avtobus sıxlıqda qalıb.

BAKU.WS xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

“Tbilisi prospektində 20 Yanvar dairəsinə qədər yoldakı sıxlıq səbəbindən isə həmin ərazidən keçən 2, 7B, 13, 37, 65, 79, 165 və 211 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslar arasında intervallarda 10-15 dəqiqə gecikmələr müşahidə olunur. Həmin ərazidə hal-hazırda 7-8 ədəd avtobus sıxlıqda qalıb.

Mikayıl Useynov prospektində Azneft dairəsi istiqamətində sıxlığın müşahidə olunması səbəbindən 5, 6, 53, 88, 127, 125 və 205 nömrəli müntəzəm marşrutlar üzrə avtobusların da hərəkət intervallarında 10-15 dəqiqə gecikmə müşahidə olunur. Ümumilikdə, həmin ərazidə 7-8 ədədə yaxın avtobus sıxlıqda qalıb.

71, 79, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda isə 12-18 dəqiqəyə yaxın gecikmə müşahidə olunur. Səbəb Azadlıq m/st., Azadlıq prospekti, Binəqədi istiqamətində nəqliyyat axınında sıxlığın olmasıdır. Ümumilikdə, həmin ərazidə 15-18 ədədə yaxın avtobusun sıxlıqda qaldığı müşahidə edilir.

Çermet körpüsündən başlayaraq 20 Yanvar dairəsi istiqamətində Atatürk prospekti ilə kəsişməyə qədər olan sıxlıq isə 7A, 7B, 11, 24, 67, 71, 85, 199 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslararası hərəkət intervallarına təsir etməkdədir”, – deyə məlumatda bildirilir.

BAKU.WS




Source link

Leave a Reply

Your email address will not be published.

close