Entertainment

Teymur Rəcəbov rusiyalı şahmatçı ilə bərabərliyə razılaşdı

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirib.

BAKU.WS “Oxu.Az”a istinadən xəbər verir ki, 35 yaşlı qrossmeyster III turda ağ fiqurlarla FIDE bayrağı altında mübarizə aparan rusiyalı Yan Nepomnyaşi ilə qarşılaşıb.

Tərəflər 30-cu gedişdə bərabərliyə razılaşıblar.

İlk turda Fransa təmsilçisi Alireza Firuzca ilə heç-heçə edən Rəcəbov növbəti raundda ABŞ təmsilçisi Hikaru Nakamuraya uduzub. Onun hazırda 1 xalı var. Nepomnyaşi isə 2 xala sahibdir.

Qeyd edək ki, İddiaçılar Turnirinə iyulun 7-də yekun vurulacaq. Yarışın qalibi şahmat tacı uğrunda görüşdə norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək.

BAKU.WS




Source link

Leave a Reply

Your email address will not be published.

close