Entertainment

Siyəzəndə 5 nəfər zəhərlənib, bir nəfər ölüb

Siyəzəndə 5 nəfər zəhərlənib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.

Kənd sakini, 1988-ci il təvəllüdlü Quliyev Rahib Əsəd oğlu, onun 3 azyaşlı övladı və bir dostu hisə verilmiş balıqdan zəhərlənib. R.Quliyev Siyəzən Regional Diaqnostika Mərkəzində ilkin tibbi yardımdan sonra Bakıya göndərilib. Tibb müdaxiləyə baxmayaraq o, Respublika Toksikologiya Mərkəzində dünyasını dəyişib.

Digər şəxslərə zəruri tibbi yardım göstərilib.

Faktla bağlı araşdırmalar aparılır.

BAKU.WS




Source link

Leave a Reply

Your email address will not be published.

close