Entertainment

Prezident təqaüdçüsü vəfat edib – FOTO

Fizika üzrə fəlsəfə doktoru, prezident təqaüdçüsü, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun aparıcı elmi işçisi, görkəmli alim Sərdar Babayev vəfat edib.

BAKU.WS xəbər verir ki, bu barədə Report-a mərhumun oğlu Səttar Babayev məlumat verib.

Onun sözlərinə görə, atası mərhum Sərdar Babayev uzun müddət şəkər və qan təzyiqindən əziyyət çəkib: “O, bu gün səhər saatlarında ürək tutmasında vəfat edib”.

Qeyd edək ki, Sərdar Babayev 3 noyabr 1945-ci ildə Şəki şəhərində anadan olub. 1964 – 1970-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində, 1975 – 1978-ci illərdə Azərbaycan SSR EA Fizika İnstitutunun aspiranturasında təhsil alıb. 1981-ci ildə Azərbaycan SSR Fizika İnstitutunun Yarımkeçiricilər və dielektriklər fizikası elmi şurasında “A3B6 tipli yarımkeçirici kristalların rəqsi spektrlərinin xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 42-si xaricdə, 22-si beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda olmaqla çapdan çıxmış 86 elmi əsərin müəllifidir. 1985 – 1986-cı illərdə Moskvada P.N.Lebedev adına SSRİ EA Fizika İnstitutunda işləyib. 1994 – 1996-cı illərdə isə AMEA Fizika İnstitutunun nümayəndəsi kimi Ankara Orta Doğu Texniki Universitetində Lazer Spektroskopiyası laboratoriyasının yaradılmasında çalışıb.

BAKU.WS




Source link

Leave a Reply

Your email address will not be published.

close