Entertainment

“Pekin-2022” Qış Olimpiya Oyunlarının birinci günündə 13 ölkənin idmançıları medal qazanıblar

Fevralın 5-də – “Pekin-2022” Qış Olimpiya Oyunlarının birinci günündə 13 ölkənin idmançıları medal qazanıblar.

BAKU.WS xəbər verir ki, medal siyahısına Norveç komandası liderlik edir. Bu ölkənin idmançıları 2 qızıl medal qazanıblar. Sloveniya təmsilçiləri 1 qızıl və 1 bürünc medalla ikinci pillədə yer alıblar. Niderland, İsveç və Çin 1 qızıl medalla 3-5-ci yerləri bölüşürlər.

Fevralın 20-dək davam edəcək Qış Olimpiya Oyunlarında 91 Milli Olimpiya Komitəsindən 2 min 800-dən çox atlet idmanın 15 növü üzrə 109 dəst medal uğrunda mübarizə aparır.

Azərbaycan milli komandası “Pekin-2022”də 2 idmançı ilə təmsil olunur. Bunlar fiqurlu konkisürənlər – Vladimir Litvintsev və Yekaterina Ryabovadır.

V.Litvintsev fevralın 8-də və 10-da buz üzərinə çıxacaq. Y.Ryabova isə fevralın 15-də və 17-də bacarığını nümayiş etdirəcək.

BAKU.WS




Source link

Leave a Reply

Your email address will not be published.

close