Entertainment

Paşinyan Şarl Mişellə Aİ-nin Ermənistana ayıracağı pulu müzakirə etdi

Ermənistanın baş naziri Nikol Paşinyan ilə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında telefon danışığı olub.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Həmsöhbətlər aprelin 6-da Azərbaycan prezidenti İlham Əliyevlə Brüsseldə keçirilən görüşdə əldə olunmuş razılaşmaların həyata keçirilməsi, eləcə də Ermənistan-Avropa İttifaqı münasibətlərinin gündəliyi ətrafında fikir mübadiləsi aparıblar.

Paşinyan və Mişel Aİ-nin Şərq Tərəfdaşlığı əməkdaşlığı və investisiya planı çərçivəsində Ermənistana 2,6 milyard dolların ayrılması ilə bağlı sazişlərin icrasını müzakirə ediblər.

Mişel investisiya proqramı üzrə öhdəlikləri tam yerinə yetirməyə hazır olduğunu təsdiqləyib və layihələrin praktiki icrasına tez başlanmasının vacibliyini qeyd edib.

BAKU.WS




Source link

Leave a Reply

Your email address will not be published.