Entertainment

Ölkənin cənubunu azad etmək üçün milyonluq döyüş qüvvəsi toplanır

Ukrayna prezidenti Volodimir Zelenski hərbçilərə cənubdakı sahilyanı əraziləri işğaldan azad etməyi əmr edib. Bunun üçün Qərb silahlı ilə təchiz edilmiş milyonluq döyüş qüvvəsi toplanır.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Oleksiy Reznikov “The Sunday Times” qəzetinə müsahibəsində deyib.

Belə ki, nazirin sözlərinə görə, Prezident ali hərbi rəhbərliyə ölkə iqtisadiyyatı üçün həyati əhəmiyyət kəsb edən müvəqqəti işğal olunmuş ərazilərin azad edilməsi üçün planlar hazırlamağı tapşırıb:

“Biz başa düşürük ki, bu, ölkəmiz üçün siyasi baxımdan çox lazımdır. Prezident Ali Hərbi Baş Komandana planlar hazırlamağı tapşırıb. Bundan sonra Baş Qərargah öz tapşırıqlarını yerinə yetirir və deyir ki, bu məqsədə çatmaq üçün bizə “A”, “B” və “C” lazımdır”.

Qeyd edək ki, mərkəzi şəhəri daxil olmaqla böyük hissəsi Rusiya qüvvələrinin nəzarətində olan Xerson vilayətində vəziyyət ağır olaraq qalır. Rusiya hərbçiləri nəzarət etdikləri əraziyə humanitar yardımın göndərilməsini əngəlləyir, Ukrayna Ordusunun vilayətdə azad etdiyi yaşayış məntəqələrini müntəzəm olaraq atəşə tutur.

Son həftələrdə Ukrayna Silahlı Qüvvələri Xerson istiqamətində əks-hücuma başlayıb. Onlar vilayətin bir sıra ərazilərini işğaldan azad edərək Xerson şəhərinə yaxınlaşıblar. Hazırda bölgədə şiddətli döyüşlər davam edir.

Xatırladaq ki, martın 2-də Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xerson vilayətinin eyniadlı mərkəzini ələ keçirdiyini açıqlayıb. Bundan sonra bölgədə Rusiya tərəfindən hakimiyyətə gətirilən qondarma rəhbərlik Rusiyaya birləşmək niyyətini bildirib.

BAKU.WS




Source link

Leave a Reply

Your email address will not be published.

close