Entertainment

“Neftçi”nin növbəti mərhələdəki rəqibi bəlli oldu

“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi bəlli olub.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, “ağ-qaralar” bu raundda Avstriyanın “Rapid” (Vyana) klubu ilə üz-üzə gələcək.

İlk matçda Polşanın “Lexiya” (Qdansk) kollektivi ilə qolsuz heç-heçə edən komanda səfərdəki cavab qarşılaşmasında 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, “Neftçi” “Rapid”a qarşı ilk oyununu avqustun 4-də Bakıda, cavab görüşünü isə avqustun 11-də Avstriyada keçirəcək.

BAKU.WS




Source link

Leave a Reply

Your email address will not be published.

close