Entertainment

Lavrov və Şoyqu fransalı həmkarları ilə Azərbaycan-Ermənistan münasibətini müzakirə etdilər


Rusiyanın xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu fransalı həmkarları Jan-İv le Drian və Florens Parli ilə Ermənistanla Azərbaycan arasındakı vəziyyəti müzakirə edib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Parisdə keçirilən Fransa-Rusiya Təhlükəsizlik Əməkdaşlıq Şurası çərçivəsində baş tutub.

Qeyd edilib ki, danışıqlar zamanı tərəflər ATƏT-in Minsk qrupunun həmsədrləri kimi Fransa və Rusiyanın Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülh sazişinin əldə olunması üçün birgə səylərini müzakirə ediblər.

BAKU.WS





Source link

Leave a Reply

Your email address will not be published.

close