Entertainment

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun anım günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Vətən müharibəsi şəhidi Şükür Həmidovun anım günüdür.

BAKU.WS xəbər verir ki, Şükür Nəriman oğlu Həmidov 1 aprel 1975-ci il, Qubadlı rayonunun, Armudlu kəndində anadan olub.

Peşəkar zabit olan polkovnik Həmidov Azərbaycan Silahlı Qüvvələrinin 2-ci Ordu Korpusunun Komandir müavini vəzifəsinə qədər yüksəlib.

Şükür Həmidov 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində Cəbrayıl rayonu istiqamətində yerləşən “Lələtəpə” strateji nöqtəsinin alınması zamanı xüsusilə fərqlənib, buna görə də Azərbaycan prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. O, son 17 il ərzində sağlığında bu ada layiq görülən birinci şəxs oldu.

Şükür Həmidov 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində Cəbrayıl, Füzuli və Qubadlıda gedən döyüşlərdə savaşıb, oktyabrın 22-də isə doğulduğu və 18 yaşında didərgin düşdüyü Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.

BAKU.WS




Source link

Leave a Reply

Your email address will not be published.

close