Entertainment

“Bölgələrdə aprelin 20-dən 22-dək hava yağıntılı olacaq”

“Son günlər ölkə ərazisində cənub küləyi fonunda hava şəraiti mülayim, əsasən yağmursuz keçir. Havanın temperaturu normadan 2-4,5° yüksək olub”.

BAKU.WS xəbər verir ki, bunu “report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, gün ərzində sabit hava şəraiti davam edəcək:

“Lakin cənub-qərb küləyi arabir güclənəcək, aprelin 20-də isə şimal-qərb küləyi ilə əvəz olunacaq, axşam və 21-də güclənəcək. Bölgələrdə aprelin 20-si gündüzdən 22-dək hava arabir yağıntılı olacaq. Əsasən şimal və qərb rayonlarında intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək”.

BAKU.WS




Source link

Leave a Reply

Your email address will not be published.