Entertainment

Bakının mərkəzi yolları bu gündən açılacaq

Bu gün saat 18:00-dan etibarən Bakı şəhərində nəqliyyatın hərəkətinin məhdudlaşdırıldığı əksər prospekt və yollar açılacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən “Report”a verilən məlumata görə, 10 – 12 iyunda keçirilmiş “Formula 1” üzrə Azərbaycan Qran-prisi ərəfəsində bağlanmış prospekt və küçələr bu gündən etibarən sürücülərin istifadəsinə veriləcək.

Bundan başqa, iyunun 13-dən 20-ə kimi yollarda təhlükəsizlik məqsədilə quraşdırılan beton bloklar da götürüləcək. Piyadalar üçün quraşdırılmış müvəqqəti körpülər isə iyunun 22-ə qədər aradan qaldırılacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti olaraq bu müddət ərzində bütün sakinlərə göstərdikləri anlayışa görə minnətdarlığımızı bildirir.

BAKU.WS




Source link

Leave a Reply

Your email address will not be published.

close