Entertainment

Bakıda körpə yeddinci mərtəbədən YIXILDI: Hamilə anası özünü ardınca atdı

Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev 116 ünvanındakı yaşayış binalarının birində körpə 7-ci mərtəbədən 6-cı mərtəbəyə yıxılıb. Bu zaman anası da özünü övladının ardınca atıb.

İctimai TV hadisənin təfərrüatını araşdırıb.

Belə ki, ananın körpənin ardından özünü atmasından sonra dərhal onu qucağına aldığı və sakitləşdirməyə çalışdığı sözügedən görüntülərdə əksini tapıb.

Çox keçmədən hadisə yerinə polis əməkdaşları gəlib. Qadını və körpəsini xilas edərək xəstəxanaya çatdırıblar. Qonşuların sözlərinə görə ana və azyaşlı övladı sözügedən ünvanda tək yaşayıb. Uşaq 7-ci mərtəbənin pəncərəsindən yıxılaraq 6-cı mərtəbənin eyvanına düşüb.

Yaşyarımlıq körpə və anası Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Mərkəzin mətbuat katibi Elnur Hidayətoğlu ana ilə körpəsinin vəziyyəti barədə məlumat verib. Onun sözlərinə görə, onlara ilkin tibbi yardım göstərilib, həyatları üçün hər hansı təhlükə yoxdur:

“Mərkəzə gətirilərkən vəziyyətləri orta ağır olub. Müəyyən müayinələrdən keçirilib, məlum olub ki, körpədə bəzi sıyrıqlar və kiçik travmalar var. O cümlədən anasında da buna bənzər xırda travmalar və müəyyən sıyrıqlar müşahidə olunub. Hər ehtimala qarşı ikisi də ultrasəs müayinəsindən keçib. Onlarda daxili zədələrin müəyyən edilmədiyi məlum olub”.

Qeyd edək ki, qadın 20 həftəlik hamilədir. O, Mərkəzin Doğum-Ginekologiya şöbəsinə köçürülüb, müalicəsi davam edir.

BAKU.WS




Source link

Leave a Reply

Your email address will not be published.

close