Entertainment

Azərbaycanın Avropa üçün iqtisadi əhəmiyyəti daha da artır

Mərakeşin “Asvat” qəzetinin “magazineaswat.com” elektron nəşrində şərqşünas Həşim Məmmədovun “Azərbaycanın Avropa üçün iqtisadi əhəmiyyəti daha da artır” sərlövhəli məqaləsi dərc olunub.

Məqalədə fevralın 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısının keçirildiyi bildirilib. İclasda ötən illə müqayisədə daha çox ölkə və şirkətlərin iştirak etməsi yeni bazarlarda Azərbaycan qazına olan ehtiyacın göstəricisidir.

Məqalədə diqqətə çatdırılır ki, Ukraynada yaranmış siyasi vəziyyətlə bağlı Azərbaycanın Avropanın təbii qazla təchizində yarana biləcək problemlərin həlli üçün müstəsna əhəmiyyəti arta bilər.

Şərqşünas Həşim Məmmədov bildirir ki, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə öz təbii qazını Avropa bazarlarına çıxarır, indi əsas məsələ həmin qaz nəqlinin şaxələndirilməsidir.

Mərakeş nəşri məlumat verir ki, 2021-ci ildə Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib: Türkiyəyə – 8,5 milyard, İtaliyaya – 7 milyard kubmetr. Yerdə qalan həcm Cənub Qaz Dəhlizinin başqa üzv ölkələrinə – Gürcüstana, Yunanıstana və Bolqarıstana ixrac olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Albaniya da öz qazpaylayıcı şəbəkəsini tamamlayan kimi Azərbaycan qazını əldə edəcək.

Qaz amili Qərb üçün Azərbaycanın əhəmiyyətini daha da artırır.

BAKU.WS




Source link

Leave a Reply

Your email address will not be published.

close