Entertainment

Ağsuda sələmçi qardaşlar bıçaqlandı

Ağsu rayonunda sələmçi qardaşlar bıçaqlanıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə fevralın 10-da Ağsu şəhəri ərazisində qeydə alınıb.

Belə ki, Zəka və Orxan Fazilzadə qardaşları sələmə verdikləri pula görə Amil Quliyev, Üzeyr Şirazlı, Fəxrəddin Bayraməlizadə, Alı Nəcəfli ilə aralarına mühahisə yaranıb. Bu zaman A.Quliyev O.Fazilzadəyə ayaq nahiyyəsinə 1 dəfə və F.Bayraməlizadə isə Z.Fazilzadənin bədəninin müxtəlif nahiyyələrinə 6 dəfə bıçaqla xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov “Report”un sorğusuna cavab olaraq bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS




Source link

Leave a Reply

Your email address will not be published.

close