Entertainment

86 yaşlı qoca binadan yıxılaraq ölüb

Şirvanda hündürlükdən yıxılan kişi hadisə yerində ölüb.

BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, hadisə səhər saatlarında Şirvan şəhərinin mərkəzində, Energetik küçəsində yerləşən binada baş verib. Həmin binada yaşayan 1936-cı il təvəllüdlü Məmmədov Bəymurad Basam oğlu ikinci mərtəbədən yıxılıb. 86 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. 

Faktla bağlı Şirvan Prokurorluğunda araşdırma aparılır.

BAKU.WS




Source link

Leave a Reply

Your email address will not be published.

close