Entertainment

26 ildir acınacaqlı yollara məhkum olan sakinlər

Bakıdakı qəsəbələrin birində sakinlər acınacaqlı yoldan istifadə etmək məcburiyyətindədir.

Söhbət Sabunçu rayonu ərazisində yerləşən Yeni Ramana qəsəbəsindən gedir.

BAKU.WS-in “qaynar xətti”nə məlumat verən sakinlər 26 ildir bərbad yollardan istifadə etdiklərini bildiriblər. İlin bütün fəsillərində acınacaqlı yoldan əziyyət çəkən sakinlər bu problemin nə vaxt həll olunacağını səbrsizliklə gözləyirlər.

Bu azmış kimi ətrafda kanaliazasiya sularından yaranmış bataqlıq da qəsəbə sakinlərinin halını daha da ağırlaşdırır.

BAKU.WS




Source link

Leave a Reply

Your email address will not be published.

close